"Bakı Arbitraj Mərkəzi" haqqında ətraflı məlumat:
Mərkəz 28 dekabr 2024-cü il tarixində 1124-QK14-0104 nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır.
Mərkəzin rəhbəri Mehdiyeva Kəmalə Namiq qızıdır.
Mərkəzin hüquqi ünvanı Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi, ev 26, mənzil 41/97-dir.
Daimi arbitraj təşkilatının ofisi isə AZ1000, Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, giriş 30/qys ünvanında yerləşir.
Daimi arbitraj təşkilatı arbitraj icraatının idarə edilməsi və təşkilati təminatını həyata keçirir. Bu funksiyalara arbitrlərin təyin edilməsi, onlara etiraz edilməsi və səlahiyyətlərinə xitam verilməsi ilə bağlı məsələlərin həlli, kargüzarlığın aparılması, habelə arbitraj haqlarının və digər arbitraj xərclərinin ödənilməsinin təşkili daxildir. Mübahisənin mahiyyəti üzrə qərarların qəbul edilməsi isə arbitraj məhkəməsinin səlahiyyətinə aiddir.
“Bakı Arbitraj Mərkəzi” qeyri-kommersiya hüquqi şəxsi 12 oktyabr 2026-cı il tarixində 01 nömrə ilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən daimi arbitraj təşkilatı kimi akkreditasiyadan keçirilmişdir.
Mərkəzin akkreditasiyadan keçməsi ölkədə arbitraj institutunun inkişafına və mübahisələrin alternativ həlli mexanizmlərinin təşviqinə töhfə verir.
Mərkəz, onun arbitrləri, arbitraj qaydaları və fəaliyyəti barədə məlumatlar Nazirliyin rəsmi internet səhifəsinin müvafiq bölməsində təqdim olunur.
Mərkəz haqqında ətraflı məlumatla bu keçidə daxil olaraq tanış ola bilərsiniz.