Azərbaycan Respublikası Ədliyyə Nazirliyi

Etik davranış

2023-cü ildə etik davranış qaydalarına əməl olunması vəziyyətinə dair məlumat

2023-cü ildə ədliyyə orqanları üzrə əmək, icra intizamının və etik davranış qaydalarının tələblərini pozduqlarına görə 279 əməkdaş intizam məsuliyyətinə cəlb edilmişdir. Onlardan 26 nəfər ədliyyə orqanlarından xaric edilmiş, 10 nəfər tutduğu vəzifədən azad olunmuşdur. Korrupsiya hüquqpozmaları təəssüratı yaradan əməllərə yol verdiklərinə görə xaric olunan 8 nəfər barəsində materiallar hüquqi qiymət verilməsi üçün prokurorluq orqanına göndərilmişdir. Etik davranış qaydalarının tələblərinə ciddi əməl olunması ilə bağlı preventiv tədbirlər çərçivəsində, işçilərin tədrisi və təlimi diqqət mərkəzində saxlanılaraq, 2023-cü ildə 297 nəfər Ədliyyə Akademiyasında müvafiq kurslara cəlb edilmişdir.