Azərbaycan Respublikası Ədliyyə Nazirliyi

Ədliyyə naziri Fərid Əhmədov UNODC-nin icraçı direktoru ilə görüşüb

Ədliyyə naziri Fərid Əhmədov UNODC-nin icraçı direktoru ilə görüşüb

Ədliyyə naziri Fərid Əhmədov Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabiyə səfəri çərçivəsində BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin (UNODC) icraçı direktoru Monica Juma ilə görüşüb.

Nazir Monica Jumanı bu məsul vəzifəyə təyin olunması münasibətilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Monica Juma Azərbaycanla əməkdaşlığı yüksək qiymətləndirdiyini bildirib. Müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün imkanların olduğunu qeyd edən UNODC-nin icraçı direktoru hazırda ətraf mühitə qarşı cinayətlərin və kibercinayətkarlığın qarşısının alınması sahələrində əməkdaşlığın həyata keçirildiyini vurğulayıb.

Görüşdə məhkəmə ekspertizası, penitensiar və probasiya sahələrində, həmçinin beynəlxalq əməkdaşlıq çərçivəsində qarşılıqlı maraq doğuran məsələlər üzrə fikir mübadiləsi aparılıb.

Bununla yanaşı, bir sıra istiqamətlər üzrə birgə tədbirlərin həyata keçirilməsi məqsədilə əlaqələndirici şəxslərin müəyyən edildiyi bildirilib.

Görüşdə, həmçinin qabaqcıl təcrübə mübadiləsi və əməkdaşlığın yeni istiqamətlərinin müəyyənləşdirilməsi məsələləri də müzakirə olunub.

2026-09-28 18:07:10